“Mançester Yunayted” “Sabah” matçının ən yaxşısı: “Mükəmməl gecə idi”

11.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının birinci turunda baş tutan “Mançester Yunayted” - “Sabah” qarşılaşmasının ən yaxşı oyunçusu seçilən Patrik Dorqu qarşılaşmadan sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi komandasının 4:0 hesablı qələbəsini dəyərləndirib.

“Dörd qol və qapımızı toxunulmaz saxlamaq – mükəmməl gecə idi. Buna görə də meydana qayıtmaq əla oldu. Komandanın çıxışı yaxşı alındı və bu, həftəsonu öncəsi bizə əlavə inam qazandırdı”, – deyə danimarkalı futbolçu UEFA-nın rəsmi saytına bildirib.

Qeyd edək ki, “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” “Sabah”ı 4:0 hesabı ilə məğlub edib. Start heyətində meydana çıxan 22 yaşlı müdafiəçi komandasının ilk qolunun ötürməsini verməklə yanaşı, matçın ən yaxşı oyunçusu seçilib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью