Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərənin “Mançester Yunayted” futbol klubunun saytı Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda “Sabah”la keçiriləcək oyuna ayrıca yazı həsr edib.
İdman.Biz xəbər verir ki, yazıda turnirə üçillik fasilədən sonra qayıdan Mançester təmsilçisi üçün “Sabah” gözlənilməz rəqib kimi təqdim edilib:
“Azərbaycan çempionu “Sabah” yalnız 9 il il əvvəl - 2017-ci ildə yaradılıb, lakin “Nyu Seynts”, KUPS, “Orhus” və “Hapoel Beer-Şeva” üzərində qələbələrdən sonra əsas mərhələdə debüt edəcək. Onları ilk oyunda nə gözləyir!”
Görüş sentyabrın 10-da “Old Trafford” stadionunda baş tutacaq.
Yazıda həmçinin, “Sabah”la qarşılaşmanın “Mançester Yunayted” üçün Çempionlar Liqasında 300-cü oyun olacağını vurğulayıb.
“Sabah” əsas mərhələdə “Mançester Yunayted”dən başqa, Praqa “Slaviya”sı, Dortmund “Borussiya”sı, “Vikinq”, “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal”la qarşılaşacaq.
Qeyd edək ki, “Old Trafford”dakı görüş “Sabah” üçün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk oyun olacaq.