“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl heç heçə edib KONKRET

06.09.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

KONKRET.az-ın məlumatına görə, “qırmızı şeytanlar” III turda səfərdə “Everton”la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb – 2:2.

Mançester təmsilçisi hazırda 4 xalla 11-ci, meydan sahibləri 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Mançester Yunayted” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Sabah”ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью