Fanat saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Mançester Yunayted" heyətini gənc və perspektivli oyunçularla gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az "Mirror" qəzetinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Sauthempton" klubunun gənc yarımmüdafiəçisi Şi Çarlzı transfer etmək niyyətindədir.
Cari mövsümdə "Sauthempton" klubunun üzləşdiyi "Casusluq qalmaqalı" və ardınca gələn ciddi sanksiyalar "Mançester Yunayted" rəhbərliyinin işini asanlaşdırıb.
"Müqəddəslər" düşərgəsində yaşanan qeyri-müəyyənlikdən yararlanmaq istəyən Mançester təmsilçisi, gənc dayaq yarımmüdafiəçisini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.