“Mançester Yunayted” səfərdə “Liverpul”u məğlub edib VİDEO

19.10.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 8-ci turunda keçirilən “Liverpul” – “Mançester Yunayted” oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Matçın 2-ci dəqiqəsində Brian Mbemo “Mançester Yunayted”i önə çıxarıb. Kodi Qakpo 78-ci dəqiqədə hesabı bərabərləşdirsə də, Harri Maqvayr 84-cü dəqiqədə qələbə qolunu vurub.

Qeyd edək ki, bu nəticədən sonra “Liverpul” 15 xalla turnir cədvəlində 4-cü, “Mançester Yunayted” isə 13 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью