sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 12-ci turunda da qələbə üzünə həsrət qaldı. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" öz meydanında "Brentford"a məğlub olub (0–4).
"Squawka"nın məlumatına görə, "Mançester Yunayted" tarixində ilk dəfədir ki, Premyer Liqada ardıcıl 10 oyundur qələbə qazana bilmir (5 heç-heçə, 5 məğlubiyyət).
Qeyd edək ki, hazırda " qırmızı şeytanlar" 12 oyundan topladığı 8 xalla turnir cədvəlində 19-cu pillədə – sondan ikinci yerdə qərarlaşıb. 7 xalı olan "Kristal Pelas" isə 20-ci, sonuncu yerdədir, lakin onların ehtiyatda bir oyunu var.