Mançester Yunayted transfer üçün pulu yoxdur İdman və Biz

21.11.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Yunayted" Randal Kolo Muanini icarəyə götürmək istəyir.

İdman.biz xəbər verir ki, fransalı forvardın transferi üçün kifayət qədər məbləği yoxdur.

PSJ-də çıxış edən 25 yaşlı hücumçunun transfer qiyməti 40 milyon avro dəyərləndirilir. "Qırmızı şeytanlar" ilkin mərhələdə Muanini mövsümün sonuna kimi icarə götürməyi planlaşdırırlar.

Qeyd edək edək ki, Randalın Paris klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə meydana çıxdığı 12 oyunda 2 qol vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью