Mançester Yunayted transferdə Barselona və Atletikoya rəqib oldu

14.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Martin Baturina Avropanın daha bir məşhur klubunun diqqət mərkəzinə düşüb.

Sportal.az xəbər verir ki, "Barselona" və "Atletiko"nun transfer siyahısında olan xorvatiyalı futbolçuya "Mançester Yunayted"də "elçi düşüb". Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" 21 yaşlı orta xətt oyunçusu üçün yanvar ayında Xorvatiya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Dinamo" Martin Baturinanı 2017-ci ilin yayında "Hayduk" akademiyasından transfer edib. Xorvatiya millisinin üzvü olan gənc oyunçu bu mövsüm Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 7 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью