Mançester Yunayted türk qolkiperi transferə çıxarır

24.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Mançester Yunayted" qapıçı Altay Bayındırla bağlı qərar verib. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi türk qolkiperlə yollarını ayırmağa hazırlaşır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

26 yaşlı "çərçivə qoruyucusu"nun performansı məşqçilər korpusunu qane etmir. "Qırmızı şeytanlar" yanvarda Altay üçün gələn təklifləri dəyərləndirəcək.

Klub Andre Onananı əvəz edəcək ikinci qapıçı axtarışlarını davam etdirir.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı ötən ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İngiltərə klubunun heyətində 3 rəsmi matçda meydana çıxıb və qapısında 6 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью