“Mançester Yunayted” türkiyəli futbolçu ilə maraqlanır

16.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İngiltərə nəhəngi "Mançester Yunayted"in transfer hədəfində türkiyəli futbolçu var.

"Cebheinfo.az" xəbər verir ki, "Qırmızı şeytanlar" "Qalatasaray"ın ulduzu Yunus Akgün ilə maraqlanırlar.

"Mançester Yunayted" skautlarının izlədiyi gənc futbolçu üçün baş məşqçi Ruben Amorim də müsbət rəy verib. İngilis təmsilçisinin yaxın zamanda İstanbul klubuna ilk təklifini verməsi gözlənilir.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 16 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Elmir
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью