Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 avqust, AZƏRTAC
İngiltərənin "Mançester Yunayted" klubu Türkiyə millisinin qapıçısı Altay Bayındırın İspaniyanın "Selta" komandasına icarəyə verildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı qolkiper 2026–2027-ci illər mövsümünün sonunadək La Liqa təmsilçisinin formasını geyinəcək.
Altay Bayındır 2023-cü ildən "Mançester Yunayted"də çıxış edir. O, İngiltərə klubunun heyətində 17 oyunda meydana çıxıb, 31 top buraxıb və 3 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.