Mançester Yunayted uduzdu

27.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 18-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Vulverhempton"la qarşılaşıblar. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

47-ci dəqiqədə "Mançester Yunayted"in kapitanı Bruno Fernandeş qırmızı vərəqə alıb.

Qolları isə 58-ci dəqiqədə Mateus Kunya, 90+9-cu dəqiqədə Hvan Hi Çan vurub.

Hazırda turnir cədvəlində "Mançester Yunayted 22 xalla 14-cü (18 oyun), "Vulverhempton" isə 15 xalla 18-cidir (18 oyun). Sıralamaya 39 xalla (17 oyun) "Liverpul" liderlik edir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью