Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Mançester Yunayted" "Everton"ın müdafiəçisi Cerrad Brantveytə olan marağını davam etdirir və müdafiə xəttini gücləndirmək üçün onun transferini planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, zədələrdən sonra tam sağalan 24 yaşlı ingilis futbolçu yenidən aparıcı klubların diqqətini cəlb edib.
Brantveyt 2024-cü ildə "Yunayted"in hədəfində idi. O vaxt "Everton" təxminən 42 və 54 milyon avro məbləğindəki təklifləri rədd etmişdi. Müdafiəçinin 2Everton"la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Liverpul klubu Branveyti 100 milyon avrodan ucuz satmağı düşünmür. "Mançester Yunayted"lə yanaşı, "Liverpul" da müdafiəçiyə maraq göstərir.
Qeyd edək ki, futbolçu cari mövsümdə Premyer Liqada 7 oyunda meydana çıxıb.