Mançester Yunayted və Liverpul eyni futbolçunu istəyir

26.06.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Mançester Yunayted" və "Liverpul" "Tottenhem”in 19 yaşlı mərkəz müdafiəçisi Luka Vuşkoviçlə maraqlanır.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, London klubu xorvatiyalı oyunçunu təxminən 70 milyon avro dəyərində qiymətləndirir.

"Liverpul" Vuşkoviçi 34 yaşlı kapitan Virgil van Deyk üçün uzunmüddətli əvəzedici kimi nəzərdən keçirir.

Xorvat futbolçunun “Tottenhem”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, “Hayduk”, “Radomiak”, “Vesterlo” və “Hamburq” klublarında oynayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью