Mançester Yunayted və Real Napoli nin futbolçusu ilə maraqlanır

12.11.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Skott Maktominey yaxın gələcəkdə İtaliyanın "Napoli" klubunu tərk edə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Klub rəhbərliyi futbolçu ilə yeni müqavilə şərtləri barədə razılığa gələ bilməyib. Buna səbəb şotlandiyalı yarımmüdafiəçinin illik 8 milyon avro məbləğində maaş tələb etməsidir.

"Mançester Yunayted" bu vəziyyətdən yararlanmağa hazırdır. "Napoli" rəhbərliyi Maktominey üçün 25-30 milyon avro civarında gələcək transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

29 yaşlı futbolçu ilə maraqlanan tək klub "Mançester Yunayted" deyil. "Real", "Milan" və "Aston Villa" da təcrübəli oyunçunun ətrafındakı vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, Skott Maktominey cari mövsümdə "Napoli"nin heyətində bütün turnirlərdə 11 oyuna çıxıb və 5 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью