Mançester Yunayted Xviça Kvaratsxeliya ilə MARAQLANIR

26.11.2024

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İngiltərə təmsilçisi "Mançester Yunayted" İtaliyanın "Napoli" klubunun futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.

Redaktor.az xəbər verir ki, "qırmızı şeytanlar" gürcüstanlı vingeri transfer etmək üçün hərəkətə keçəcək.

Mankunianlılar 23 yaşlı oyunçuya illik 8 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif etməyə hazırlaşır. Kvaratsxeliya "Mançester Yunayted"in təklifi ilə razılaşsa, "Neapol" onu 100 milyon avro qarşılığında sata bilər.

Qeyd edək ki, Xviçanın Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью