Mançester Yunayted yasda: Klubun əfsanəvi əməkdaşı öldü FOTO | Icma.az
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mançester Yunayted"in əfsanəvi əməkdaşı Kat Fipps dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mankunianlarda 55 ildən çox çalışmış qadın 85 yaşında dünyasını dəyişib. Fipps bu illər ərzində müxtəlif vəzifələrdə çalışıb.
Kat əfsanələr - ser Mett Bazbi, Cimmi Merfi, "Qızıl top" qalibləri Corc Best, Bobbi Çarlton, Denis Lou "Yunayted"in son illərdəki ulduz heyəti ilə dost olub.
Onun komanda daxilindəki ab-havaya ciddi təsir etdiyi bildilir.
“Katın xatirəsi klubda onu tanımaq imtiyazına malik olan hər kəs tərəfindən əziz tutulacaq.
O, son açıqlamasında "mən burasız özümü təsəvvür edə bilmirəm" demişdi. İndi biz buranı onsuz təsəvvür edə bilmərik.
Tam oxu
Xəbəri oxu