Mançester Yunayted yeni mövsümdə baş məşqçi postunu Xaviyə həvalə edəcək

26.02.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ruben Amorimin işindən razı qalmayan"Mançester Yunayted" "Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandeslə danışıqlara başlayıb.

Oxu.Az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırır.

Qeyd edək ki, Xavi Ernandes mövsüm sonunda "Mançester Yunayted"ə keçid üçün klub rəsmiləri ilə razılaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью