Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Mançester Yunayted" yeni stadion tikir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
İngiltərənin "Mançester Yunayted" klubu 100 min azarkeş tutumuna malik yeni stadionun inşası üçün nəzərdə tutulan torpaq sahəsini əldə edib.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ərazi hazırkı stadion "Old Trafford"-dan 350 metr şimal-qərbdə yerləşir. 10 hektarlıq sahə Böyük Britaniyanın sənaye obyektlərinin aparıcı təchizatçısı "Indurent" şirkətindən alınıb, lakin məbləğ açıqlanmayıb.
Layihə təxminən 2 milyard funt sterlinq dəyərində olacaq və yeni stadionla yanaşı ətraf ərazilərin yenidən qurulması, minlərlə iş yerinin yaradılması və ölkə iqtisadiyyatına böyük həcmdə töhfə verilməsi nəzərdə tutulur.