Mançester Yunayted Yuventusun müdafiəçisini almaq istəyir

11.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted" 33 yaşlı mərkəz müdafiəçisi Danilo ilə maraqlanır.

Oxu.Az xəbər verir ki, bu barədə "Juve Live" məlumat yayıb.

Qeyd olunur ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Ruben Amorim qışda braziliyalı futbolçu ilə müqavilə imzalamasını istəyir. Danilonun özünün də Turin klubundan ayrılmaq ərəfəsində olduğu vurğulanır.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 10 matçda iştirak edib. Futbolçunun klubla əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalında verilən məlumata görə, Danilonun bazar dəyəri 7 milyon avrodur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью