“Mançester Yunayted”də ayrılıq səsləri

16.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyalı futbolçu Bruno Fernandeş mövsümün sonunda “Mançester Yunayted”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar” müqaviləsi 2027-ci ilin yayınadək olan yarımmüdafiəçiyə hələ yeni anlaşma təklif etməyib.

Fernandeşə Avropanın bir sıra klublarından ciddi maraq var və o, yayda artıq bəziləri ilə danışıqlar aparmağı planlaşdırır.

32 yaşlı futbolçu 2020-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, bu mövsüm Premyer Liqada 6 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью