Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted”in sahibi Qleyzer ailəsi klubun idarəçiliyində Cim Retkliffin fəaliyyətindən narazıdırlar.
QOL.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.
Ailə Retkliffin qəbul etdiyi qərarların klubdakı böhranı daha da dərinləşdirə biləcəyindən ehtiyat edir.
Retkliff 2024-cü ilin fevralında klubun səhmlərinin azlıq payını alaraq futbol əməliyyatlarına nəzarəti ələ keçirib. Onun gəlişi komandanın idarəetmə strukturunun yenidən qurulacağı və klubun yenidən əsas titullar uğrunda mübarizəyə qaytarılacağı ilə bağlı gözləntilər yaradıb. Lakin hələlik arzulanan irəliləyiş əldə olunmayıb.
Məlumata görə, Qleyzerləri təkcə komandanın nəticələri deyil, həm də Retkliffin xərclərin azaldılması proqramını həyata keçirməsi və əməkdaşların işdən çıxarılması üsulu narahat edir.
Komandanın meydandakı vəziyyəti də ürəkaçan deyil. İngiltərə Premyer Liqasının 8-ci turunda “Bornmut”a 0:3 hesabı ilə uduzan “Mançester Yunayted” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komandanı aşağı liqaya düşmə zonasından cəmi iki xal ayırır.
Qeyd edək ki, Qleyzer ailəsi klubun nəzarət səhm paketinə sahibdir, Retkliff isə futbol istiqamətinə cavabdehdir.