“Mançester Yunayted”də gözlənilməz qərar

23.11.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Portuqaliyalı futbolçu Brunu Fernandeş “Mançester Yunayted”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirməyə qərar verib.

Klub 31 yaşlı futbolçunun transferindən əldə ediləcək pulla heyətdə bəzi dəyişiklər etməyi düşünür.

Fernandeş bu mövsüm 13 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью