futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Mançester Yunayted” baş məşqçisi Maykl Kerriklə yollarını ayırmağı düşünür.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında bu gün görüş keçiriləcək. Klub rəhbərliyi bu iclasdan sonra mütəxəssislə bağlı yekun qərarını verəcək.
“Mançester Yunayted” Premyer Liqada 10 turdan sonra 8 xalla 18-ci sıradadır. Komanda tarixində ilk dəfə 10 tura bu qədər az xal toplayıb.
Kerrik ötən mövsümdən “qırmızı şeytanlar”a rəhbərlik edir.