“Mançester Yunayted”də ŞOK GECƏ: 2:0 öndə idi...

17.09.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik komandasının İngiltərə Liqa Kubokundan (Carabao Cup) mübarizəni dayandırmasından sonra üzərində təzyiq hiss etmədiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Mançester Yunayted” turnirin üçüncü mərhələsində “Old Trafford”da “Brayton”a 2:3 hesabı ilə məğlub olub. Maraqlıdır ki, meydan sahibləri qarşılaşmanın ilk 10 dəqiqəsində Şi Leysi və Meyson Mauntun qolları ilə 2:0 hesabı ilə önə keçiblər. Lakin “Brayton” geridönüş edərək Mançester klubunu turnirdən kənarlaşdırıb.

Bu nəticə “Mançester Yunayted” üçün tarixi uğursuzluqla yadda qalıb. Komanda 1976-cı ildən bəri ilk dəfə “Old Trafford”da 2:0 hesabı ilə öndə olduğu qarşılaşmanı uduzub. Həmçinin klub ardıcıl ikinci mövsümdür Liqa Kubokunda ilk oyunundaca mübarizəni dayandırıb.

Məğlubiyyətdən sonra azarkeşlərin bir hissəsi futbolçuları fitə basıb, digərləri isə oyunçular meydanı dövrə vurarkən stadionu tərk edib. Bununla belə, Maykl Kerrik təzyiq altında olmadığını bildirib.

“Özümü təzyiq altında hiss etmirəm. Kənarda baş verənləri və bu dünyanın necə işlədiyini anlayıram, amma bunlar məni narahat etmir. Məni düşündürən oyunlarda qalib gəlmək və komandanın düzgün istiqamətdə irəlilədiyini hiss etməkdir”, – baş məşqçi deyib.

Kerrik komandanın vəziyyəti dəyişdirə biləcəyinə inandığını da vurğulayıb. Onun sözlərinə görə, son həftələr uğurlu keçməsə də, heyətdə bunu dəyişməyə qadir futbolçular var.

Matçın müsbət məqamlarından biri 18 yaşlı Şi Leysinin əsas komandada ilk startında qol vurması olub. O, 2016-cı ildə Markus Reşforddan sonra “Mançester Yunayted”də ilk startında fərqlənən ilk yeniyetmə futbolçu olub.

“Mançester Yunayted” beynəlxalq fasilədən əvvəl son oyununu Premyer Liqada “Fulhem”ə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью