“Mançester Yunayted”də transferdə əsas hədəf odur

28.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Mançester Yunayted” “Sportinq”in və Portuqaliya millisinin futbolçusu Fransisku Trinkanı heyətinə qatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Portuqaliya klubu oyunçunu 60-83 milyon avro aralığında bir qiymətə satmaq niyyətindədir.

“Mançester Yunayted” Trinkanı əsas hədəf olaraq müəyyənləşdirib və onunçün istənilən məbləği ödəməyə hazırdır.

“Sportinq” vingerin satışından sabiq klubu “Barselona”ya məbləğdən 50 faiz ödəməlidir.

Trinkan bu mövsüm 43 oyunda 9 qol vurub, 15 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью