“Mançester Yunayted”dən 51 ilin antirekordu | Icma.az
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. "Mançester Yunayted" son 51 ilin antirekorduna imza atıb.
Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının 10 turunda cəmi 9 qol vurub.
Mançesterlilər yüksək liqada sonuncu dəfə 1973/74 mövsümündə aşağı məhsuldarlıq göstəriblər.
Həmin vaxt komanda 22 iştirakçı arasında 21-ci yeri tutmaqla aşağı dəstəyə yuvarlanıb. "Mançester Yunayted" 10 turda 12 xal toplayıb.
Bu, 1986-cı ildən sonrakı dövr üçün antirekorddur. Qeyd edək ki, "qırmızı şeytanlar" hazlrda turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu