“Mançester Yunayted”dən 70 milyonluq transfer

25.05.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhempton”dan Mateus Kunya ilə razılığa gəlib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Mançester Yunayted” 25 yaşlı hücumçu üçün 70 milyon avro ödəyəcək. Onunla müqavilə 2030-cu ilin yayına kimi olacaq.

Braziliya yığmasının da üzvü olan Kunya bu mövsüm 35 oyunda 17 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью