“Mançester Yunayted”dən ardıcıl üçüncü məğlubiyyət

31.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə İngiltərə çempionatının XIX turunun matçında "Nyukasl" səfərdə "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib. Görüş "Old Trafford" stadionunda baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, qolları Aleksander İsak (4-cü dəqiqə) və Joelinton (19-cu dəqiqə) vurublar.

“Mançester Yunayted” İngiltərə çempionatında ardıcıl üçüncü, altı oyunda isə beşinci dəfə məğlub olub. Komanda 22 xal toplayıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Nyukasl” ardıcıl dördüncü qələbəsini qazanıb və 32 xalla 5-ci yerdədir.

“Mançester Yunayted” növbəti oyunda yanvarın 5-də səfərdə çempionatın lideri “Liverpul”la, "Nyukasl" yanvarın 4-də səfərdə "Tottenhem"lə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью