“Mançester Yunayted”dən ayrıldı, yenidən Premyer Liqa klubunda işləyə bilər

13.01.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bu yaxınlarda “Mançester Yunayted”dən ayrılan portuqaliyalı baş məşqçi Ruben Amorim yaxın vaxtlarda yenidən Premyer Liqada çalışa bilər.

Moderator.az xəbər verir ki, bu barədə İngiltərə millisinin sabiq üzvü Sol Kempbell “Sky Bet”ə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, “Tottenhem” portuqaliyalı mütəxəssislə artıq danışıqlara başlayıb.

Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin oktyabrından yanvarın 5-nə qədər “qırmızı şeytanlar”ı çalışdırırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью