Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mançester Yunayted” bilet qaydalarını pozan 685 azarkeşin hesabını bloklayıb.
QOL.az xəbər verir ki, İngiltərə klubu yay aylarında bilet hesablarını araşdırıb. Nəticədə bilet sistemindən maddi qazanc əldə etmək məqsədilə istifadə edən 685 hesab bloklanıb.
Klub ümumilikdə şübhəli aktivlik göstərən 1617 hesab müəyyənləşdirib. Daha 464 azarkeşə isə xəbərdarlıq edilib və onların bilet ötürməsinə, eləcə də səfər oyunlarına bilet üçün müraciət etməsinə məhdudiyyət qoyulub.
Klubun qərarı azarkeşlər arasında narazılıq yaradıb. “The 1958” qrupu sanksiyaları həddindən artıq sərt hesab edir və “Mançester Siti” ilə derbi öncəsi etiraz aksiyası keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Mançester Yunayted” sentyabrın 13-də Premyer Liqanın 4-cü turunda “Mançester Siti”ni “Old Trafford”da qəbul edəcək.