Mançester Yunayteddən biabırçı məğlubiyyət

22.12.2024

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 17-ci turunun "Mançester Yunayted" və "Bornmut" komandalarının qarşılaşdığı matç başa çatıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, oyun Mançesterdəki "Old Trafford" stadionunda baş tutub. "Mançester Yunayted" evdə 0:3 hesabı ilə məğlub olub.

"Bornmut"un heyətində Din Höysen, Castin Kluivert (penalti), Antuan Semenyo fərqləniblər.

Keçirilən 17 oyundan sonra "Mançester Yunayted" 22 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. "Bornmut" eyni sayda oyundan sonra 28 xalla 5-ci yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью