“Mançester Yunayted”dən Mateta planı Qarşılığında o gedir

05.10.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Mançester Yunayted” qış transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İngiltərə klubu “Kristal Pelas”ın hücumçusu Jan-Filip Matetanı heyətinə qatmaq istəyir.
“Football Insider”in məlumatına görə, “qırmızı şeytanlar” 29 yaşlı fransalı futbolçu üçün yanvarda hərəkətə keçməyi düşünür.
“Mançester Yunayted” Matetanın transferini reallaşdırmaq üçün Coşua Zirkzeeni qarşı tərəfə təklif edə bilər. Niderlandlı hücumçunun mümkün keçiddə razılaşmanın bir hissəsi olması nəzərdən keçirilir.
Qeyd edək ki, Matetanın “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Zirkzeenin “Mançester Yunayted”lə sözləşməsi isə 2029-cu ilin yayında başa çatır.

Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...” “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib Bu günün futbol matçları – Hansı oyun hansı kanalda? “Fənərbaxça” Bakıdan qalib ayrılır - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью