“Mançester Yunayted”dən qəribə transfer həmləsi

06.05.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

İngiltərənin “Mançester Yunayted” klubu qapı xətti üçün yeni alternativ axtarır. “Qırmızı şeytanlar” 11 il öncə transfer etdiyi və forma şansı vermədiyi qapıçıya yenidən elçi düşüb.

Yenisabah.az xəbər verir ki, söhbət “Torino”nun serbiyalı qolkiperi Vanya Milinkoviç-Saviçdən gedir. 28 yaşlı qapıçının keçidi üçün ingilis klubu turinlilərlə danışıqlara start verib.

Qeyd edək ki, “Mançester Yunayted” 2014-2015 mövsümündə Milinkoviç-Saviçi “Vovodina” klubundan 1.75 milyon avroya transfer etmişdi. Lakin oyunçu heyətdə yer ala bilmədiyindən “Legia Qdansk” komandasına satılmışdı.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью