Mançester Yunayteddən Reşfordla bağlı qərar

11.12.2024

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin "Mançester Yunayted" klubu Markus Reşfordla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli vingeri satmağı planlaşdırır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Klub rəhbərliyi Reşfordun oyunundan və meydandan kənardakı davranışlarından narazıdır. Buna görə də 27 yaşlı futbolçu üçün gələn təkliflər dəyərləndiriləcək.

Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. Təcrübəli ön xətt oyunçusu bu mövsüm "qırmızı şeytanlar"ın hehyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью