“Mançester Yunayted”dən transfer hərəkatı

21.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Bavariya"nın futbolçusu Alfonso Deyvis karyerasını İngiltərədə davam etdirə bilər. Spor24.az xəbər verir ki, "Mançester Yunayted" kanadalı cinah müdafiəçisinin xidmətində maraqlıdır.

Bu barədə "Sky De" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" daha əvvəl adı "Real"la hallanan oyunçu üçün hərəkətə keçəcək. İngiltərə klubu Deyvisə yüksək məvacib təklif edəcək.

Deyvisin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 15 oyunda 3 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью