“Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi

24.11.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Leni Yoronun bir oyunluq diskvalifikasiyası ləğv edilib.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) qərar qəbul edib.

Fransalı futbolçu Premyer Liqanın XI turunda “Liverpul”la keçirilən qarşılaşmada qırmızı vərəqə almışdı. Lakin Mançester təmsilçisinin qərardan verdiyi apellyasiya şikayəti təmin olunub.

Yoro matçın 8-ci dəqiqəsində Aleksander İsakı aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

“Mançester Yunayted” rəhbərliyi isə hakimin qərarını əsassız hesab edərək FA-ya müraciət etmişdi.

Apellyasiyanın təmin olunması nəticəsində 21 yaşlı müdafiəçi noyabrın 28-də “Brentford”la keçiriləcək Premyer Liqa matçında iştirak edə biləcək.

Qeyd edək ki, “Mançester Yunayted” “Liverpul”a səfərdə 0:4 hesabı ilə məğlub olub. Bu qarşılaşma Maurisio Poçettinonun komandanın baş məşqçisi kimi ilk oyunu olub.

“Qalatasaray” “Aston Villa”nı 3 qolla məğlub etdi Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB La Liqada narazılıq – “Atletiko”nun baş direktoru istefa verdi “Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki “Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью