Mançester Yunaytedi Arsenala dəyişə bilər

02.01.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Mançester Yunayted"in əsas heyətində yerini itirən Markus Reşford klubdan ayrılmağa yaxındır.

Sportal.az xəbər verir ki, ingiltərəli vinger Premyer Liqada klubunu dəyişə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Arsenal" Reşfordu transfer etmək istəyir. London klubu 27 yaşlı futbolçu üçün qarşı tərəfə 25 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. O, cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью