Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əgər öz futbolumuzu oynaya və “Mançester Yunayted” üçün oyunu bir qədər çətinləşdirə bilsək, onları təəccübləndirə bilərik.
Redaktor.az xəbər verir ki, bu sözləri “Sabah” klubunun hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəkləri ilk tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Futbolçu komandasının ilk dəqiqələrdən öz oyununu sərgiləməyə çalışacağını bildirib: “Bilirsiniz ki, çətin olacaq. “Mançester Yunayted” yaxşı komandadır. Amma oyun 90 dəqiqə davam edir, görək nə olacaq”.