“Mançester Yunayted”in antirekordu 10 oyuna çatdı

28.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında ardıcıl qələbəsiz oyunların sayına görə klub antirekordunu yeniləyib.

İdman.Biz xəbər verir ki, Mançester təmsilçisi 12-ci turda doğma meydanda “Brentford”a 0:4 hesabı ilə məğlub olaraq qələbəsizlik seriyasını 10 oyuna çatdırıb.

“Qırmızı şeytanlar” bu qarşılaşmalarda beş dəfə heç-heçə edib və beş məğlubiyyət alıblar. Bu, klubun 1992-ci ildə yaradılmış Premyer Liqadakı ən uzun qələbəsizlik seriyasıdır.

İngiltərənin yüksək divizionunun ümumi tarixində isə komandanın daha uzun uğursuz dövrü olub. “Mançester Yunayted” Aleks Ferquusonun rəhbərliyi altında 1989-cu ilin noyabrından 1990-cı ilin fevralınadək ardıcıl 11 çempionat matçında qələbə qazana bilməyib.

“Brentford”la qarşılaşma başqa tarixi göstərici ilə də yadda qalıb. London klubu 1937-ci il fevralın 13-dən sonra ilk dəfə “Old Trafford”da qalib gəlib. Beləliklə, qonaqlar bu stadiondakı qələbə həsrətinə 89 ildən sonra son qoyublar. Bu, həm də “Brentford”un bütün turnirlər nəzərə alınmaqla “Mançester Yunayted” üzərində ən böyükhesablı səfər qələbəsi olub.

Maurisio Poçettinonun təyinatı da hələlik komandanın çempionatdakı uğursuzluğuna son qoymayıb. Argentinalı mütəxəssisin rəhbərliyi altında keçirilən ilk iki Premyer Liqa görüşündə “Mançester Yunayted” həm “Liverpul”a, həm də “Brentford”a 0:4 hesabı ilə uduzub.

12 turdan sonra səkkiz xalı olan Mançester klubu turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью