Mançester Yunaytedin futbolçusu klubdan ayrıla bilər

07.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Yunayted" komandasının yarımmüdafiəçisi Kobbi Meynu klubdan ayrıla bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, onun xidmətində Premyer Liqanın daha bir təmsilçisi "Çelsi" maraqlıdır.

19 yaşlı futbolçu özü də "qırmızı-şeytanlar"dan ayrılmağı düşünür.

Qeyd edək ki, K.Meynu cari mövsüm 17 qarşılaşmada meydana çıxıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью