Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Mançester Yunayted”in futbolçusu Kobbe Mayno karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Real” və “Atletiko” 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
İngilis futbolçu bu mövsüm şans qazanmayıb. O, klubdan ayrılmağa müsbət yanaşır.
Mayno ötən mövsümdə Premyer Liqada 25 oyuna çıxıb.