Mançester Yunaytedin futbolçusu Reala keçə bilər

02.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Dioqu Dalot İspaniya təmsilçisi "Real"a keçə bilər.

"Report" xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Madrid təmsilçisi 25 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Portuqaliyalı oyunçu cari mövsüm bütün turnirlərdə "qırmızı şeytanlar"ın heyətində 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, D.Dalot 2023/2024 mövsümündə "Mançester Yunayted"in oyunçuları arasında keçirilən səsvermədə komandanın ən yaxşı futbolçusu seçilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью