Mançester Yunaytedin futbolçusuna İspaniyadan təklif

30.12.2024

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Betis" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

La Liqa klubu Antonini mövsümün sonuna kimi icarəyə götürmək üçün "Mançester Yunayted"ə təklif göndərib. "Betis" 24 yaşlı ön xətt oyunçusunun maaşının yarısını ödəməyə hazırdır.

Qeyd edək ki, "Mançester Yunayted" Antonini 2022-ci ilin yayında "Ayaks"dan transfer edib.Braziliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimidir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью