“Mançester Yunayted”in futbolçusundan ayrılıq qərarı

14.01.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyalı futbolçu Brunu Fernandeş yayda “Mançester Yunayted”i tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi karyerasında yeni səhifə açmaq niyyətindədir.

Fernandeş 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, 310 oyunda 103 qol vurub, 95 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью