Yenisabah saytına istinadən Icma.az xəbər verir.
"Mançester Yunayted"in gənc futbolçusu JJ Gabriel-in yanvar ayında "Real Madrid"ə transfer olacağı gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, klublar və təmsilçilər arasında keçirilən danışıqlarda artıq xeyli irəliləyiş əldə olunub və tərəflər prinsipial razılığa yaxındırlar.
Transferin rəsmiləşməsi azyaşlı futbolçuların keçidi ilə bağlı FIFA-nın sərt reqlamentinə və hüquqi qaydalarına tam uyğun olmalıdır. Razılaşma hələ tam yekunlaşmasa da, prosedurların yanvar ayınadək tamamlanması planlaşdırılır. Pepperoni pizza
Mövcud qaydalara əsasən, "Mançester Yunayted" bu keçiddən böyük transfer məbləği deyil, yalnız gənc futbolçunun akademiya səviyyəsində yetişdirilməsinə görə nəzərdə tutulan kompensasiya almaq hüququna malik olacaq. Bu ödəmə adətən altırəqəmli məbləğlərlə ölçülür.