Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
“İnter”in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, “Mançester Yunayted” italiyalı futbolçunun transferində maraqlıdır. Məlumata görə, klubun baş məşqçisi Ruben Amorim rəhbərliyə Dimarkonun heyətə cəlb edilməsini şəxsən təklif edib.
Əgər transfer baş tutarsa, Dimarko növbəti mövsümdən Premyer Liqada “qırmızı şeytanların” formasını geyinə bilər.