Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Mançester Yunayted”in futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “İnter” 23 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. “İnter” yayda “Mançester Yunayted”lə danışıqlara başlayacaq.
Zirkzee bu mövsüm 48 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib. O, daha öncə İtaliyada “Parma” və “Bolonya”da çıxış edib.