“Mançester Yunayted”in hücumçusu “Milan”la danışıq aparır

14.08.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund “Milan”la danışıqları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Ruben Amorimin ona güvənməməsi danimarkalı forvardın transferə isti baxmasına səbəb olub. 22 yaşlı oyunçu “Milan”ın tarixini yüksək qiymətləndirir və Massimiliano Alleqri ilə işləmək istəyir.

İtaliya klubu futbolçunu 5 milyon avroya icarəyə götürüb, sonradan 40–45 milyon avroya transfer etməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью