“Mançester Yunayted”in kapitanı komandadan ayrılmaq istəyir

13.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş komandada qalmaqla bağlı rəhbərliyin göndərdiyi ikinci müqavilə təklifini də rədd edib.

“Yeni Sabah” xəbər verir ki, 32 yaşlı portuqaliyalı yarımmüdafiəçi yayda irəli sürülən ilk təklifi mənfi cavablandırdıqdan sonra klub rəhbərliyi şərtləri yaxşılaşdırılmış yeni müqavilə paketi hazırlayıb.

Buna baxmayaraq, Fernandeş təklif olunan müqavilənin müddəti və maliyyə şərtləri ilə bağlı tərəddüdlərini qoruyub və razılıq verməyib. İnternet mağaza

Futbolçunun "qırmızı şeytanlar"la hazırkı sözləşməsi 2027-ci ilin iyun ayında başa çatır. Klubun müqaviləni birtərəfli qaydada daha bir il uzatmaq opsiyası olsa da, rəhbərlik kapitanla uzunmüddətli yeni razılaşma əldə etmək üçün danışıqları davam etdirmək niyyətindədir.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью